Modern.az

Ana və qızı qazdan zəhərləndi

Ana və qızı qazdan zəhərləndi

Aktual

22 Dekabr 2019, 10:14

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə şəhərin Bağman yaşayış massivində qeydə alınıb. 27 yaşlı Almaz Quliyeva və onun 5 yaşlı qızı Səma qazdan zəhərlənərək xəstəxanaya yerləşdiriliblər. Dərhal xəstələrə lazimi tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

 

Məlumata görə, ana və azyaşlı övladı evdə qaz sobasının sönməsi nəticəsində otağa dolan qazdan zəhərləniblər. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı