Modern.az

Gəncə şəhərindəki məktəbdə yanğın... YENİLƏNİB

Gəncə şəhərindəki məktəbdə yanğın... YENİLƏNİB

Aktual

22 Dekabr 2019, 14:31

Gəncə şəhərində tam orta məktəbdə yanğın olub.

 

Modern.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

 

Yanğın Əhməd Cavad adına 2 saylı məktəbin zalında başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb edilib. Yanğın söndürülüb və məktəbin otaqlarına keçməsinin qarşısı alınıb.

 

Yanğının elektrik naqillərində qısaqapanmadan baş verdiyi bildirilir.

 

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. 

 

Faktla bağlı araşdırma aparılır.

 

***

14.07

 

Gəncə şəhərində Əhməd Cavad adına 2 saylı tam orta məktəbdə yanğın başlayıb.

 

Modern.az-ın APA-ya istinadən  məlumatına görə, yanğının söndürülməsinə yanğından mühafizə bölmələri cəlb edilib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı