Bakıda Avropa İttifaqının Azərbaycan Ofisinin təşkilatçılığı ilə gənclər üçün “Yeni il” tədbiri təşkil olunub. Tədbirdə il boyunca ittifaqla əməkdaşlıq edən yerli təşkilat və QHT nümayəndələri, jurnalistlər və qurumun tədbirlərinə aktiv olaraq qatılan gənclər iştirak ediblər.
Modern.az-ın məlumatına görə, tədbirdə çıxış edən İttifaqın birinci katibi - siyasi iqtisadi və informasiya məsələləri üzrə müşaviri Denis Danilidis bütün iştirakçıları və azərbaycanlıları Yeni il münasibətilə təbrik edib.
Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının əhəmiyyətini qeyd edən cənab Denis qurumun Bakı ofisinin il ərzində gördüyü işlər barədə danışıb.
Daha sonra İttifaqın azərbaycanlı jurnalistlər üçün elan etdiyi müsabiqənin qaliblərinin adları açıqlanıb. Qaliblərə sertifikatlar və pul mükafatları təqdim olunub. Mükafatlandırmadan sonra tədbir “Dihaj” qrupunun ifaları ilə davam etdirilib.
Leyla Şah