Modern.az

Müdafiə Nazirliyi Azərbaycanda xarici hərbi bazanın olmasını TƏKZİB ETDİ

Müdafiə Nazirliyi Azərbaycanda xarici hərbi bazanın olmasını TƏKZİB ETDİ

Aktual

22 Dekabr 2019, 19:33

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi son günlər bəzi xarici elektron media resurslarında İsrailə məxsus hərbi təyinatlı vasitələrin guya Azərbaycanda yerləşdirilməsi və bu ərazidən İrana qarşı zərbə endirilməsi barədə yayılan absurd xəbərlərə münasibət bildirib.

Modern.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidməti bu haqda yadığı məlumatda bildirib:

“Bu kimi məlumatlar dezinformasiya və saxta xəbərdən başqa bir şey deyildir. Yayılan məsuliyyətsiz, təxribat xarakterli məlumat qonşularla olan münasibətlərimizə uğursuz şəkildə xələl yetirmək məqsədi güdür.

Bir daha bildiririk ki, hər hansı xarici ölkəyə məxsus heç bir hərbi təyinatlı vasitə Azərbaycan ərazisində yerləşdirilməyib. Bu barədə yayılan məlumatların heç bir əsası yoxdur və yalandır”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı