Modern.az

Ramiz Mehdiyevin həyat yoldaşı AMEA-da vəzifəyə təyin olundu

Ramiz Mehdiyevin həyat yoldaşı AMEA-da vəzifəyə təyin olundu

Aktual

22 Dekabr 2019, 21:02

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Kommisiyasının əmri ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutu nəzdində “Kompüter elmləri” və “Ehtimal nəzəriyyəsi” ixtisasları üzrə riyaziyyat elmləri sahəsində fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün Dissertasiya şurası fəaliyətə başlayıb.

Modern.az "Yeniavaz.com"a istinadən xəbər verir ki, AMEA İdarəetmə Sistemləri İnstitutu nəzdində təşkil olunan “Kompüter elmləri” ixtisası üzrə Dissertasiya Şurasının sədri vəzifəsinə professor Qalina Mehdiyeva təyin olunub.

Qalina Mehdiyeva AMEA prezidenti Ramiz Mehdiyevin həyat yoldaşıdır. O, hazırda Bakı Dövlət Universitetinin Mexaniki-riyaziyyat fakultəsndə Hesablama riyaziyyatı kafedrasının müdiri vəzifəsində çalışır

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı