Bakıda bıçaqlanma hadisəsi baş verib.
Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsində qeydə alınıb.
Belə ki, baş verən kütləvi davada 1989-ci il təvəllüdlü Vəliyev Əli Cəmil oğlu, 1991-ci il təvəllüdlü Xəlilzadə Murad Məzahir oğlu, 1984-cü il təvəllüdlü Rzayev Vüsal Zöhrab oğlu bıçaqlanıb.
Onlar dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin müayinəsindən sonra Ə. Vəliyevin ciyər nahiyəsində bıçaq yarası, M. Xəlilzadənin sağ döş qəfəsində deşilmiş yara, V. Rzayevin isə sağ bud nahiyəsində bıçaq yarası olduğu müəyyənləşib.
Faktla bağlı cinayət işi başlanılıb və araşdırma aparılır.