Modern.az

Bələdiyyə seçkilərində neçə nəfər səs verib? - YENİLƏNİB

Bələdiyyə seçkilərində neçə nəfər səs verib? - YENİLƏNİB

Aktual

23 Dekabr 2019, 15:30

Azərbaycanda keçirilən bələdiyyə seçkilərində respublika üzrə seçici fəallığı 26,88 faiz təşkil edib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzi xəbər verir.

Belə ki, saat 15:00-a olan məlumata görə, səs vermiş seçicilərin sayı 1 336 733 nəfər təşkil edib. Ümumilikdə səsvermə üçün siyahıya daxil olmuş seçicilərin sayı 4 972 356 nəfərdir.

Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

 

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov saat 08:00-dan etibarən seçki məntəqələrinin seçicilərin səs verməsi üçün açıq elan edildiyini bildirib.

Bu il bələdiyyə seçkilərində 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçilməlidir. Ümumilikdə seçkilərdə 41 462 namizəd iştirak edir. Seçkilərdə iştirak edən partiyaların sayı 13-dür. Namizədlərin 3-də 1-i 13 siyasi partiyanın nümayəndələri, 3-də 2-si isə namizədliklərini özləri irəli sürən vətəndaşlardır.

 

Bələdiyyə seçkilərini 17 beynəlxalq, 52 636 yerli müşahidəçi müşahidə edəcək.

Seçkilərlə əlaqədar olaraq dekabrın 23-ü qeyri-iş günü elan olunub.

 

XXX

Azərbaycanda keçirilən bələdiyyə seçkilərində respublika üzrə seçici fəallığı 18,07 faiz təşkil edib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzi xəbər verir.

Belə ki, saat 12:00-a olan məlumata görə, səs vermiş seçicilərin sayı 898 542 nəfər təşkil edib. Ümumilikdə səsvermə üçün siyahıya daxil olmuş seçicilərin sayı 4 972 356 nəfərdir.

Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov saat 08:00-dan etibarən seçki məntəqələrinin seçicilərin səs verməsi üçün açıq elan edildiyini bildirib.

 

Bu il bələdiyyə seçkilərində 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçilməlidir. Ümumilikdə seçkilərdə 41 462 namizəd iştirak edir. Seçkilərdə iştirak edən partiyaların sayı 13-dür. Namizədlərin 3-də 1-i 13 siyasi partiyanın nümayəndələri, 3-də 2-si isə namizədliklərini özləri irəli sürən vətəndaşlardır.

Bələdiyyə seçkilərini 17 beynəlxalq, 52 636 yerli müşahidəçi müşahidə edəcək.

Seçkilərlə əlaqədar olaraq dekabrın 23-ü qeyri-iş günü elan olunub.

 

XXX

Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 10:00-dək olan seçici fəallığı açıqlanıb.

 

Modern.az Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, seçici fəallığı bu saatadək 8.51 faiz olub.

 

O, səsvermə hüququna malik 4 972 356 seçicidən bu saatadək 423 361 nəfərinin səs verdiyini diqqətə çatdırıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı