Modern.az

Seçici fəallığının ən yüksək və ən aşağı olduğu DAİRƏLƏR

Seçici fəallığının ən yüksək və ən aşağı olduğu DAİRƏLƏR

Aktual

23 Dekabr 2019, 13:04

Bu gün keçirilən bələdiyyə seçkilərində seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri bəlli olub.

 

Modern.az-ın məlumatına görə, saat 12:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 2 saylı Şərur Seçki Dairəsidir.

 

Bu seçki dairəsində seçici fəallığı 27,60 faiz olub.

 

Seçici fəallığının ən aşağı olduğu dairə 47 saylı Mingəçevir Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 13,01% olub.

 

Qeyd edək ki, saat 12:00 olan məlumata görə, 4 milyon 972 min 356 seçicidən 898 542 nəfəri (18.07%) səsvermədə iştirak edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı