Modern.az

Cüdo Federasiyasının prezidenti İlham Əliyevi təbrik edib

Cüdo Federasiyasının prezidenti İlham Əliyevi təbrik edib

Aktual

23 Dekabr 2019, 13:30

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Azərbaycan Respublikasının Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Modern.az-ın xəbərinə görə, təbrik məktubunda deyilir:

 

"Hörmətli cənab Prezident.

 

Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırıram. Ölkənizin, cəmiyyətinizin və idmanınızın qazandığı nailiyyətlərə görə Sizi təbrik edirəm. Bütün bu illər ərzində Siz idmanın ölkəniz üçün prioritet olduğunu sübut etmisiniz və mən bunu yüksək dəyərləndirirəm. Azərbaycanda idmanın inkişafına və çoxsaylı beynəlxalq yarışların keçirilməsinə dövlət dəstəyi dünyanın idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

 

Zati-aliləri, Sizə və ailənizə xoşbəxtlik, cansağlığı, bol-bol uğurlar arzulayıram".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı