Modern.az

MSK-dan etiraz: “Bəzi blogerlər seçki prosesinə mane olurlar”

MSK-dan etiraz: “Bəzi blogerlər seçki prosesinə mane olurlar”

Aktual

23 Dekabr 2019, 15:00

Bəzi blogerlər seçki məntəqələrində narazılıq yaradır, məntəqə əməkdaşlarının işinə müdaxilə edirlər.

 

Modern.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib.

 

M.Rəhimovun sözlərinə görə, hətta seçki məntəqələrinin birində seçici ilə bloger arasında narazılıq yaranıb, seçici blogerin onu çəkməsinə etiraz edib:

 

“Bəzən blogerlər seçki prosesinə mane olurlar, məntəqələrin işinə yersiz müdaxilə edirlər”.

 

MSK rəsmisi əlavə edib ki, ümumilikdə bələdiyyə seçkiləri ilə bağlı kifayət qədər aktivlik var: “Əvvəlki seçkilərlə müqayisədə namizədlərin sayında və siyasi partiyaların iştirakında da aktivlik müşahidə olunur”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı