Modern.az

Cibindən 4 qram, avtomobildən 449 qram marixuana götürüldü

Cibindən 4 qram, avtomobildən 449 qram marixuana götürüldü

Aktual

23 Dekabr 2019, 15:52

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

 

UModern.az-a DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Xaçmaz RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Gəncəli kənd sakini M.Manafov saxlanılıb.

 

Şəxsi axtarış zamanı ondan 4 qrama yaxın, idarə etdiyi “Mercedes” markalı avtomobildən isə 449 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

 

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı