Modern.az

Gəncə sonuncu yerdədir - MSK-nın məlumatı

Gəncə sonuncu yerdədir - MSK-nın məlumatı

Aktual

23 Dekabr 2019, 15:59

Bu gün keçirilən bələdiyyə seçkilərində seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri bəlli olub.

 

Modern.az-ın məlumatına görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin saat 15:00-a olan verdiyi məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 52 saylı Quba Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 33,91 faiz olub.

 

Saat 15:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 37 saylı Nizami Birinci (Gəncə) Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 20,18% olub.

 

Qeyd edək ki, saat 15:00 olan məlumata görə, 4 milyon 972 min 356 seçicidən 1 336 733 nəfəri (26,88 %) səsvermədə iştirak edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı