Modern.az

MSK saat 17:00-a olan seçici fəallığını AÇIQLAYIB

MSK saat 17:00-a olan seçici fəallığını AÇIQLAYIB

Aktual

23 Dekabr 2019, 17:23

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində saat 17:00-a olan seçici fəallığını açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 17.00-a qədər respublika üzrə 1520133 nəfər  səs verib və seçici fəallığı 30,57 faiz olub.

Qeyd edək ki, bələdiyyə seçkilərində səsvermə prosesinə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq.

 

Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi barədə saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı