Modern.az

Sosial şəbəkələrdə yerləşdirilən görüntülər araşdırılır - Məzahir Pənahov

Sosial şəbəkələrdə yerləşdirilən görüntülər araşdırılır - Məzahir Pənahov

Aktual

23 Dekabr 2019, 19:27

Bələdiyyə seçkiləri ilə bağlı sosial şəbəkələrdə gün ərzində yerləşdirilən görüntülərin araşdırılmasına başlanılıb.

 

Modern.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

 

M.Pənahov vurğulayıb ki, hər hansı bir xoşagəlməz hal varsa, bununla bağlı dairə seçki komissiyalarına müraciət edilməlidir: “Heç kimin haqqı yoxdur ki, seçki prosesinə müdaxilə etsin. Xoşagəlməz hallarla bağlı ilk növbədə dairə seçki komissiyalarına müraciət edilməlidir. Dairə seçki komssiyasının qərarından narazı qaldıqları halda Mərkəzi Seçki Komissiyasına müraciət edə bilərlər. Bütün halar Seçki Məcəlləsinə uyğun ciddi şəkildə araşdırılacaq. Heç kəs çəkinməməlidir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı