Modern.az

Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr AÇIQLANDI

Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr AÇIQLANDI

Aktual

23 Dekabr 2019, 20:56

Azərbaycanda keçirilən bələdiyyə seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb.

Modern.az  xəbər verir ki, seçici fəallığının ən yüksək olduğu 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. Burada 38 621 seçicidən 16 800 (43.50 faiz) səs verib.



Eyni zamanda seçici fəallığının ən aşağı olduğu dairə 40 saylı Kəpəz (Gəncə) İkinci Seçki Dairəsidir. Burada 42 085 seçicidən 10 156 (24.13 faiz) səs verib.



Qeyd edək ki, Azərbaycanda keçirilən bələdiyyə seçkilərində ümumilikdə seçici fəallığı 32.72 faiz olub. Səsvermə hüququna malik 4 972 356 seçicidən 1 627 064 nəfəri səs verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı