Modern.az

Magistral su kəmərində qəza: Bakının bir hissəsi susuz qaldı

Magistral su kəmərində qəza: Bakının bir hissəsi susuz qaldı

Aktual

23 Dekabr 2019, 22:20

Ceyranbatan-Binəqədi magistral kəmərlərinin birində qəza baş verib.

 

"Azərsu"ASC-dən Modern.az-a verilən məlumara görə, baş verən qəza ilə əlaqədar Abşeron (Ceyranbatan, Saray, Masazır qəsəbələrinin bir hissəsi) və Binəqədi (Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsi) rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılıb.

 

Rəsmi məlumata görə, "Azərsu" ASC-nin mütəxəssisləri və qəza briqadaları hadisə yerindədir: "Qəzanın aradan qaldırılması üçün lazımi tədbirlər görülür".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...