Modern.az

Daha bir jurnalist deputatlığa namizədliyini irəli sürdü

Daha bir jurnalist deputatlığa namizədliyini irəli sürdü

Aktual

23 Dekabr 2019, 23:26

Tanınmış telejurnalist, Real TV-nin əməkdaşı Afət Telmanqızı 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək. 

 

Modern.az xəbər verir ki, o, bu barədə özünün feysbuk hesabında məlumat verib:

 

"Dostlar, 125 saylı Zəngilan-Qubadli seçki dairəsindən deputatlığa namizədliyimi verdim. Zəngilan və Qubadlı camaatı - Sizin səsiniz olacağam! İsğal altında olan torpaqlarimiz -Haqq səsiniz olacağam! Zəngilansiz, Qubadlisiz doğulan, böyüyən, yaşlanan insanlarımiz- Arzularınızın gerçəkliyi uğrunda kóməkçiniz olacağam! Səsiniz səsim olacaq!"

 

T.İSMAYIL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı