Modern.az

Gəncədə yeni doğulan körpə küçəyə ATILDI

Gəncədə yeni doğulan körpə küçəyə ATILDI

Aktual

24 Dekabr 2019, 09:41

Gəncə şəhərində yeni doğulmuş körpə tapılıb.

 

Modern.az Report-a istinadən xəbər verir ki, şəhərin Gülüstan qəsəbəsi ərazisində məişət tullantıları üçün qoyulmuş qutuların yanında yeni doğulmuş oğlan uşağı tapılıb.

 

Körpə Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumatına görə, körpənin səhhətində problem aşkarlanmayıb. Hazırda vəziyyəti normaldır və hələ ki xəstəxanada saxlanılır.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı