Əfqanıstanın müstəqil seçki komissiyası ölkənin indiki Prezidenti Məhəmməd Əşrəf Qanini sentyabr ayında dövlət başçısı vəzifəsinə keçirilən seçkilərin qalibi elan edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 2014-cü ildən bu postu tutan Qaniyə 923 868 seçici (50,64 %) səs verib. Onun əsas rəqibi, ökənin Baş Naziri Abdulla Abdulla 720 99 səs toplayıb (39,52 %).
Dövlət başçısı qərargahında səsvermənin nəticələri saxta adlandırılıb, seçki komissiyası qeyri-obyektivlikdə və indiki Prezidenti dəstəkləməkdə günahlandırılıb.