Modern.az

Rezidenturaya qəbul qaydalarında edilmiş dəyişikliklər açıqlandı

Rezidenturaya qəbul qaydalarında edilmiş dəyişikliklər açıqlandı

Aktual

24 Dekabr 2019, 12:00

Dövlət İmtahan Mərkəzində (DİM) rezidenturaya qəbul qaydalarında edilmiş dəyişikliklərlə bağlı mətbuat konfransı keçirilib.

 

Modern.az xəbər verir kiI, DİM-in Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev, Rezidentura üzrə sektorun baş məsləhətçisi Nəsimi Məmmədov jurnalistlərə Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nda Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 2019-cu il tarixli 488 nömrəli Qərarı ilə edilmiş dəyişikliklər barədə məlumat veriblər.

 

Qeyd edilib ki, dəyişikliklərə əsasən rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndiriləcək. İmtahandan “məqbul” alanlar 5 (beş) il ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılacaqlar.

 

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr (faktiki olaraq 4-cü, 5-ci, 6-cı kurs tələbələri və əvvəlki illərin məzunları) də buraxılırlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən sonra buraxılırlar.

 

Bundan əlavə, “ixtisas seçiminə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladığı balı Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılacaqlar.

 

Müsabiqə namizədlərin ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladıqları bal əsasında aparılacaq.

 

Dəyişikliklər 2020/2021-ci tədris ilindən qüvvədədir.

 

Konfransda daha sonra Mərkəzin əməkdaşı Nəsimi Məmmədov DİM-in rezidenturaya hazırlaşanlara kömək məqsədi üzrə nəşr etdiyi “İnsan anatomiyası”, “Bioloji kimya” “Baza fənləri üzrə test toplusu”, “Baza fənləri üzrə test tapşırığı nümunələri və onların izahı”, “Биологическая химия”, “Патологическая физиология” və “Гистология (цитология, эмбриология, общая и частная гистология)”, “Нормальная физиология” elmi-metodik vəsaitləri haqqında məlumat verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı