Modern.az

Roza Zərgərlinin oğlu bələdiyyə üzvü seçildi - FOTO

Roza Zərgərlinin oğlu bələdiyyə üzvü seçildi - FOTO

Aktual

24 Dekabr 2019, 12:40

Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü Corc Qafarov ötən gün keçirilən seçkilərdə Qaraçuxur bələdiyyəsinin üzvü seçilib.

 

Modern.az bildirir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının saytında məlumat verilib.

 

Məlumata görə, onun adı lider namizədlər siyahısında yer alıb. C.Qafarov 6 min 667 səs toplayıb.

 

Qeyd edək ki, seçki bülletenində onun haqda məlumat bu cür yazılıb:

 

"Corc Qafarov 1996-cı ildə anadan olub. Bakı şəhəri Suraxanı rayonunun 2 nömrəli uşaq evində yaşayır. "Xəzər" TV-də aktyordur. Namizədliyi özü tərəfindən irəli sürülüb. Bitərəfdir".

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı