Modern.az

“17 mindən çox imkansız tələbənin təhsil haqqını dövlət ödəyir” - Rəsmi

“17 mindən çox imkansız tələbənin təhsil haqqını dövlət ödəyir” - Rəsmi

Aktual

24 Dekabr 2019, 13:33

“Son illər 24 ixtisaslaşdırılmış peşə təhsili mərkəzi yaradılıb”.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Təhsilin inkişaf strategiyası: Nailiyyətlər və əsas hədəflər” mövzusunda keçirilən konfransda Təhsil naziri Ceyhun Bayramov  bildirib.


 
Təhsil naziri deyib ki, Bakıda Peşə Təhsili Mərkəzinin tikintisi bu ilin sentyabrında başa çatdırılıb: “Avropa İttifaqının dəstəyi ilə 4 layihənin icrasına başlanılıb. Peşə təhsilinin əhatə dairəsinin genişlənməsi istiqamətində tədbirlər davam edir”.


 
Təhsil naziri nəzərə çatdırıb ki, ali məktəblərdə yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi nəticəsində xərclər 30 faiz artırılıb: “Hazırda ali məktəblərdə ödənişli təhsil alan imkansız ailələrdən olan 17 mindən çox tələbənin təhsil haqqı dövlət büdcəsi hesabına təmin edilir”.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...