Modern.az

İlham Əliyev İsveçrənin yeni prezidentini təbrik etdi

İlham Əliyev İsveçrənin yeni prezidentini təbrik etdi

Aktual

24 Dekabr 2019, 15:40

Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının yeni seçilmiş Prezidenti xanım Simonetta Sommaruqaya təbrik məktubu göndərib.

 

Modern.az-ın məlumatına görə, məktubda deyilir: 

 

"Hörmətli xanım Sommaruqa,

İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, yenidən dövlət başçısı kimi fəaliyyət göstərəcəyiniz qarşıdakı dövrdə Azərbaycan ilə İsveçrə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafı və möhkəmləndirilməsi istiqamətində səylərimizi davam etdirəcəyik.

Fürsətdən istifadə edərək Yeni, 2020-ci ilin gəlişi münasibətilə Sizə təbriklərimi və ən xoş arzularımı yetirirəm".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı