Modern.az

BMU-nun tələbəsi dünya çempionatında I yeri tutub - FOTO

BMU-nun tələbəsi dünya çempionatında I yeri tutub - FOTO

Aktual

24 Dekabr 2019, 17:22

 

Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə ixtisasının III kurs tələbəsi Elsevər İsmayılov Ukraynanın Xarkov şəhərində keçirilən WFFC Dünya Çempionatı 2019-da (WCFF World Championship 2019) iştirak edib. Çempionatda E.İsmayılov kunq-fu sanda döyüşü üzrə 65 kq çəki dərəcəsində I yerə layiq görülüb, qızıl medal və diplomla təltif olunub. 

19-40 yaş arası idmançıların qatıldığı çempionat 3 mərhələdən ibarət olub. Finalda ukraynalı rəqibi ilə döyüşən tələbəmiz onu nokaut vəziyyətinə salaraq çempionatın qalibi adını qazanıb.  

Qeyd edək ki, E.İsmayılov dəfələrlə kunq-fu sanda döyüşü üzrə Respublika çempionu, eyni zamanda Bakı kubokunun qalibi və Savat idman növü üzrə Azərbaycan kubokunun birincisi olub. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...