Goranboy şəhərində, yerli sahibkar Xaliq Mustafayevin şəxsi maliyyə vəsaiti ilə, yeni inşa edilmiş və müasir tibbi avadanlıqlarla təhciz edilmiş “Medlife” Diaqnostika və Estetika Mərkəzinin fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər vəzifəli şəxsləri, ağsaqqallar, ziyalılar, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.