Modern.az

Gürcüstanın Baş naziri Azərbaycan Prezidentini təbrik etdi

Gürcüstanın Baş naziri Azərbaycan Prezidentini təbrik etdi

Aktual

24 Dekabr 2019, 22:16

Dekabrın 24-də Gürcüstanın Baş Naziri Giorgi Qaxariya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Modern.az  xəbər verir ki, Giorgi Qaxariya Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona Azərbaycan xalqının firavanlığı naminə fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev və Baş Nazir Giorgi Qaxariya ölkələrimiz arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirərək əlaqələrin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını qeyd ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı