Modern.az

Sahib Alıyev də deputatlığa namizədliyini irəli sürdü

Sahib Alıyev də deputatlığa namizədliyini irəli sürdü

Aktual

24 Dekabr 2019, 22:46

"Cənab Prezidentin dəfələrlə haqlarında ağız dolusu danışdığı qəhrəman tərtərliləri yenidən Milli Məclisdə təmsil etmək üçün bu dəyərli və mənə görə həm də düşərli gündə 95 saylı seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürdüm".

 

Modern.az xəbər verir ki, bunu deputat Sahib Alıyev öz sosial şəbəkə hesabında məlumat verib.

 

"Əgər yenidən deputat seçiləcəyəmsə, təbii ki, bu mənim üçün şərəf, həm də böyük məsuliyyət deməkdir. Seçkini bu dairədən namizədliyini verən başqa biri udarsa, onda onun əlini sıxıb, uğurlar arzulayacam. Əsas odur ki, qazanan doğma Tərtər və tərtərlilər olsun!",- deyə S.Alıyev qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı