Modern.az

Zaqatalada avtomobil ağaca çırpıldı - bir nəfər öldü

Zaqatalada avtomobil ağaca çırpıldı - bir nəfər öldü

Aktual

25 Dekabr 2019, 09:19

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Zaqatala rayonunun Əliabad qəsəbəsində "VAZ" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

 

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1983-cü il təvəllüdlü Gülməmmədov Tural Məmməd oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

T.İSMAYIL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı