Modern.az

Sabah ilin son Günəş tutulması baş verəcək

Sabah ilin son Günəş tutulması baş verəcək

Aktual

25 Dekabr 2019, 10:26

Sabah 2019-cu ilin son Günəş tutulması qeydə alınacaq.

 

Modern.az xəbər verir ki, həlqəvari tutulma hadisəsi dekabrın 26-da Bakı vaxtı ilə saat 06:30-da başlayacaq.

 

Tam tutulma saat 07:37-də olacaq, saat 09:34-də maksimuma çatacaq və saat 10:58-də tam tutulma bitəcək. Proses saat 12:06-da yekunlaşacaq.

 

Təbiət hadisəsini Asiya, Avstraliya, Səudiyyə Ərəbistan, Hindistan, Sumatra, Borneoda izləmək mümkün olacaq.

 

Bakıda isə Günəş tutulmasını səhər saat 08:03-dən 08:52-dək - səhər tezdən Günəş doğan ərəfədə üfüqə yaxın yerdə izləmək olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı