Modern.az

Bakıda sərnişin dolu marşrut avtobusunda yanğın olub - Rəsmi

Bakıda sərnişin dolu marşrut avtobusunda yanğın olub - Rəsmi

Aktual

25 Dekabr 2019, 11:35

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda marşrut avtobusunun yanması ilə bağlı məlumat yayıb.

 

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayevin Modern.az-a verdiyi məlumata görə, dekabrın 25-də saat 09:40 radələrində Qara Qarayev prospekti ("Xalqlar dostluğu" metrostansiyasının yaxınlığında) "Transkontrol" MMC-nin müvəqqəti istismarında olan 30 nömrəli müntəzəm marşrut üzrə 10 TG 385 DQ nömrəli avtobus hərəkətdə olan zaman mühərrik bölməsində yanğın baş verib.

 

Yanğına sürücü Məmmədov Elçin tərəfindən müdaxilə edilərək yerində söndürülüb. Eyni zamanda hadisə yerinə FHN yanğından mühafizə xidməti gəlib. Avtobusda xəsarət alan yoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı