Modern.az

Azərbaycanda hava anomal keçir - Rəsmi

Azərbaycanda hava anomal keçir - Rəsmi

Aktual

25 Dekabr 2019, 15:09

Bu ilin dekabr ayında Azərbaycanda hava anomal isti keçir.

 

Modern.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva keçirdiyi brifinqdə deyib.

 

O bildirib ki, qeydə alınan hava temperaturu daha çox oktyabrın sonu, noyabrın birinci ongünlüyü üçün səciyyəvidir: "Havanın orta temperaturu çoxilik normadan 3-4 dərəcə yuxarı olub. Bu ay ən yüksək temperatur dekabrın 24-də 15,4 dərəcə olub ki, bu da iqlim normasından 6,2 dərəcə yüksəkdir".

 

U.Tağıyeva qeyd edib ki, son 20 ildə 2003-cü ilin 18 dekabr tarixində 22,5 dərəcə qeydə alınıb və bu da rekord göstəricidir: "Çoxillik norma ilə müqayisədə yağıntının miqdarı da az olub. Əksər rayonlarda onların miqdarı aylıq normanın cəmi 6-54 faizini təşkil edib. Yalnız Abşeron yarımadasında yağıntının miqdarı iqlim normasına (76-115%) yaxın olub".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı