Modern.az

Qazaxıstan televiziyası Azərbaycanın peşə təmayül siniflərindən reportaj yaydı - VİDEO

Qazaxıstan televiziyası Azərbaycanın peşə təmayül siniflərindən reportaj yaydı - VİDEO

Aktual

24 Dekabr 2019, 16:29

Qazaxıstanın "Xəbər 24" telekanalında Azərbaycandakı peşə təmayüllü siniflər haqda reportaj yayımlanıb.

 

Modern.az xəbər verir ki, yayımlanan materialda peşə təmayül sinifləri yaradılmasından, bu istiqamətdə görülən işlərdən, gələcək perspektivlərdən və s. danışılıb.

 

Qeyd edək ki, 2019-2020-ci tədris ilində ölkə üzrə 20 ümumtəhsil məktəbində yaradılmış 20 peşə təmayüllü sinifdə ümumilikdə 420 nəfər şagird təhsil alır. Bu siniflərdə tədris Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planı və müvafiq modul spesifikasiyası üzrə təmayülləşmə əsasında təşkil edilib.  Şagirdlərə ümumtəhsil fənləri ilə yanaşı, əsas səriştələr və müxtəlif profilli istiqamətlər üzrə layihələr də tədris olunur. Əsas səriştələr fənnində “Peşə etikası və müştərilərə xidmət”, “Estetika və mədəni özünü ifadə”, “Layihə planlaşdırılması”, “Sahibkarlıq” kimi səriştələr keçirilir. Eyni zamanda layihə profillərində “Kənd təsərrüfatı”, “Xidmət profili” və “Təmir-tikinti” istiqamətində müxtəlif peşələrlə bağlı şagirdlərə məlumatlar verilir.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı