Modern.az

Azərbaycanda DSK üzvü həbs edilib

Azərbaycanda DSK üzvü həbs edilib

Aktual

25 Dekabr 2019, 16:51

Azərbaycanda vəzifəli şəxs həbs edilib.

 

Hüquq mühafizə orqanlarından Modern.az-a verilən məlumata görə, Şirvan Kommunal Kombinatı müəssisəsinin rəhbəri Vəliyev Aqil Rəhimdil oğlu korrupsiya cinayətlərində təqsirləndirilib.

 

Müəssisə rəhbəri Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanıb. A.Vəliyevin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, A. Vəliyev Vətəndaş Həmrəyliyi Partiyasının Şirvan rayon təşkilatının sədri, 46 saylı Şirvan Dairə Seçki Komissiyasının (DSK) üzvüdür.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı