Modern.az

Gömrükçülər pirotexniki vasitələr aşkarlayıb

Gömrükçülər pirotexniki vasitələr aşkarlayıb

Aktual

25 Dekabr 2019, 19:42

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şəxsi yoxlama aparılıb.

 

DGK-dan Modern.az-a verilən məlumata görə, yoxlama zamanı onun əynindəki gödəkçənin ciblərində və bel kəmərinin arxa hissəsindən gömrük nəzarətinə bəyan edilməyən 1200 ədəd "Kopcap 1", 120 ədəd "Kopcap 5", 5 ədəd "Djamba", 10 ədəd "Talicman" və 200 ədəd "Happy Family" adlı pirotexniki vasitə aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı