Modern.az

Qazaxıstanda təyyarə qəzasında ölənlər arasında azərbaycanlı varmı? - XİN-dən açıqlama

Qazaxıstanda təyyarə qəzasında ölənlər arasında azərbaycanlı varmı? - XİN-dən açıqlama

Aktual

27 Dekabr 2019, 10:02

"Ölkəmizin Qazaxıstandakı səfirliyinin verdiyi məlumata əsasən Almatıda baş verən təyyarə qəzası nəticəsində ölən və xəsarət alanlar arasında azərbaycanlıların olması ilə bağlı hələ ki, məlumat daxil olmayıb".

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva mətbuata açıqlamasında bildirib.

 

Qeyd edək ki, Qazaxıstanın "Bek Air" şirkətinə məxsus, 95 sərnişinin və 5 heyət üzvünün olduğu təyyarənin Almatı hava limanı yaxınlığında qəzaya uğraması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb. Hadisə zamanı daha 35 nəfər xəsarət alıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı