Modern.az

Vilayət Eyvazovdan yeni rəis təyinatı

Vilayət Eyvazovdan yeni rəis təyinatı

Aktual

27 Dekabr 2019, 10:22

Daxili işlər orqanlarında yeni təyinat olub.

 

Modern.az APA-ya istinadən məlumat verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, Kürdəmir Rayon Polis Şöbəsinin rəisi Sultan Zeynalov tutduğu vəzifədən azad edilərək Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi təyin edilib.

 

Daxili İşlər Nazirliyindən APA-ya faktı təsdiqləyiblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı