Modern.az

Azərbaycanda dəhşətli qəza: 4 nəfər öldü - FOTO

Azərbaycanda dəhşətli qəza: 4 nəfər öldü - FOTO

Aktual

27 Dekabr 2019, 10:50

Şirvan şəhərində dəhşətli yol qəzası baş verib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ilkin məlumata görə, qəza nəticəsində 4 nəfər vəfat edib.

 

Hadisə bir neçə dəqiqə əvvəl Şirvan şəhərinin girəcəyində, "Şirvan" sözü yazılan abidənin qarşısında baş verib. 90 OT 031 nömrəli "Hyundai" markalı avtomobilin sürücüsü idarəetməni itirərək qəza törədib. Maşında olan 3 qadın və kişi sürücü hadisə yerində vəfat edib.

 

Hazırda ölənlərin kimliyi müəyyənləşdirilir.

Vəfat edən sürücünün 1985-ci il təvəllüdlü Şamilov Qadir Cəfər oğlu olduğu müəyyən edilib.

 




Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...