Bu gün Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov növbəti səyyar qəbul-görüşünü Hacıqabul şəhəri H.Z.Tağıyev və H.Həmidov küçələrinin sakinləri ilə keçirib.
Bu barədə Modern.az-a Hacıqabul RİH-dən məlumat verilib.
Bildirilib bki, şəhər sakinlərinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələri rəhbərlərinin, iştirak etdiyi qəbulda icra başçısı Rüstəm Xəlilov respublikada aparılan uğurlu sosial-iqtisadi islahatlardan, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən danışıb. Hacıqabul rayonunun daha da inkişafı üçün görüləcək işlərdən söz açıb.
Sakinlərin onları narahat edən məsələlərlə bağlı müraciətlərini ətraflı cavablandıran Rüstəm Xəlilov əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıb.
Qeyd olunub ki, yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaradır.
Sonda rayon icra hakimiyyətinin başçısı, sakinlər tərəfindən qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.