Modern.az

YAP Cavanşir Paşazadənin də namizədliyini irəli sürdü

YAP Cavanşir Paşazadənin də namizədliyini irəli sürdü

Aktual

27 Dekabr 2019, 14:41

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında partiyanın İdarə Heyətinin iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda partiyanın 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində irəli sürəcəyi namizədlərin siyahısı müzakirə olunaraq qəbul edilib.

 

Lakin hələlik YAP öz namizədlərinin siyahısını mətbuata təqdim etməyib. Bildirilir ki, siyahı partiyanın rəsmi saytında dərc olunacaq.

 

Qeyd edək ki, Modern.az-ın əməkdaşları siyahıda hansı namizədlərin olması barədə araşdırma aparırlar. Araşdırmalarımıza görə, YAP-ın deputatlığa namizədlər siyahısında beşinci çağırış Milli Məclisin deputatı Cavanşir Paşazadənin də adı var. Onun namizədliyi 75 saylı Lənkəran-Masallı Seçki Dairəsindən irəli sürülüb.

 

Qeyd edək ki, Cavanşir Paşazadə beşinci çağırış Milli Məclisdə də eyni dairədən deputat olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı