Modern.az

30 il həmrəy həştəqi ilə yayılan videoçarxın tam variantı təqdim olunub - VİDEO

30 il həmrəy həştəqi ilə yayılan videoçarxın tam variantı təqdim olunub - VİDEO

Aktual

27 Dekabr 2019, 15:04

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün 30-cu ili tamam olur.

 

Modern.az xəbər verir ki, bu münasibətlə hazırlanmış və bir neçə gündür tizeri sosial şəbəkələrdə #30ilhəmrəy həştəqi ilə yayımlanan videoçarxın tam variantını təqdim edirik.

 

Videoçarxda 30 tanınmış sima, o cümlədən xalq artistləri tərəfindən Azərbaycan tarixində ötən 30 ildə baş vermiş həm ağrılı, həm də qürurverici 30 mühüm hadisə səsləndirilir.

 

Xatırladaq ki, düz 30 il əvvəl - 1989-cu ildə Azərbaycan xalqı Araz çayı boyunca yerləşən Sovet-İran sərhəd çəpərlərini söküb. Bu hadisə dünyanın hər yerində yaşayan azərbaycanlıların həmrəylik rəmzinə çevrilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı