Modern.az

Əli Əsədov qazaxıstanlı həmkarına başsağlığı verib

Əli Əsədov qazaxıstanlı həmkarına başsağlığı verib

Aktual

27 Dekabr 2019, 16:25

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Qazaxıstan Respublikasının Baş Naziri Əskər Maminə başsağlığı məktubu göndərib.

 

Nazirlər Kabinetinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Baş Nazir Əli Əsədov Almatı şəhəri yaxınlığında insan tələfatı ilə nəticələnmiş təyyarə qəzası haqqında xəbərdən olduqca kədərləndiyini bildirib.

 

Azərbaycanın Baş Naziri faciə ilə əlaqədar qazaxıstanlı həmkarına, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...