Modern.az

Məşhur pianoçu dəm qazından zəhərlənib öldü

Məşhur pianoçu dəm qazından zəhərlənib öldü

Aktual

27 Dekabr 2019, 20:29

27 yaşlı rusiyalı pianoçu Elina Valiyeva sevgilisi ilə tətilə getdiyi Budapeştdə kirayələdiyi evdə dəm qazından zəhərlənərək həyatını itirib.

Modern.az  xəbər verir ki, Macarıstanın paytaxtı olan Budapeştə sevgilisi ilə birlikdə istirahətə gedən Elina hamamda dəm qazından zəhərlənib. Onun cəsədini sevgilisi aşkarlayıb. Hətta adının açıqlanmadığı sevgilisi belə dəm qazının təsiri ilə xəstəxanaya yerləşdirilib.

Belə ki, Elina Moskva Çaykovisky konservatoriyasının məzunu olub.
 

Qeyd edək ki, Elina Valiyeva Ufada doğulub və dəfələrlə musiqi müsabiqələrinin qalibi olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı