İsveç millisinin keçmiş üzvü Zlatan İbrahimoviç İtaliyanın "Milan" futbol klubuna geri qayıdıb.
Modern.az xəbər verir ki, 38 yaşlı hücumçu 2020-ci ilin yayına qədər İtaliya təmsilçisi ilə müqavilə imzalayıb.
Onun yeni klubunda 3 milyon qazanc əldə edəcəyi bildirilib.
Qeyd edək ki, Z.İbrahimoviç daha əvvəl də "Milan"da forma geyinib.