Modern.az

Danışılmış oyunlara görə 14 nəfər saxlanılıb

Danışılmış oyunlara görə 14 nəfər saxlanılıb

Aktual

28 Dekabr 2019, 00:33

İspaniya Milli Polisi İtaliya futbol çempionatının yuxarı divizionunda danışılmış oyunların təşkili ilə əlaqəli əməliyyat zamanı 14 nəfəri saxlayıb.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları press-reliz yayıb.

Məlumata əsasən, əməliyyat Avropa Polis Təşkilatı (Europol) ilə əlaqəli şəkildə keçirilib. İstintaq İtaliya hüquq-mühafizə orqanları ilə birgə aparılıb.

Saxlanılan şəxslər korrupsiya, çirkli pulların yuyulması və əmlakın qanunsuz istifadəsində şübhəli bilinir.

Sizə yeni x var
Keçid et
Rusiyadan Naxçıvanla bağlı gözlənilməz addım: Helikopterin vurulması