Modern.az

Dövlət hesabına hüquqi yardım 3 dəfə artırılıb

Dövlət hesabına hüquqi yardım 3 dəfə artırılıb

Aktual

28 Dekabr 2019, 10:32

Azərbaycanda dövlət hesabına hüquqi yardım 3 dəfə artırılıb.

 

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

 

Onun sözlərinə görə, hazırda Azərbaycanda vəkilliyə olan münasibət bir çox ölkələr üçün nümunədir: "Dünyada çox az ölkə var ki, orada vəkil günü xüsusi qeyd olunur. Həmin az ölkələr sırasında Azərbaycan da var. Bu da özlüyündə məhkəmə hüquq sahəsində aparılan islahatların ən vacib şərtlərindəndir".

 

Qeyd edək ki, Prezident İlham Əliyev “Vəkil günü” peşə bayramının təsis edilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamda bildirilir ki, hər il dekabrın 28-i Azərbaycan Respublikasında “Vəkil günü” peşə bayramı kimi qeyd edilsin.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı