Modern.az

Daha 94 şəhidin 160 vərəsəsinə birdəfəlik ödəmə veriləcək - QƏRAR

Daha 94 şəhidin 160 vərəsəsinə birdəfəlik ödəmə veriləcək - QƏRAR

Aktual

28 Dekabr 2019, 11:20

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) fəaliyyət göstərən Komissiya daha 94 şəhidin 160 vərəsəsinə birdəfəlik ödəmənin (11 min manat) verilməsinə dair qərar qəbul edib.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır:

 

“Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək onlardan artıq 12 minədək şəhidin 18 minədək vərəsəsinin birdəfəlik ödəmə ilə təminatı həyata keçirilib”.

 

Rəsmi məlumata görə, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 98 faiz icra olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı