Modern.az

Şahdağa dəmir yolu çəkiləcək - SƏRƏNCAM

Şahdağa dəmir yolu çəkiləcək - SƏRƏNCAM

Aktual

28 Dekabr 2019, 17:22

Prezident İlham Əliyev ölkəmizdə turizmin inkişaf etdirilməsi, yeni turizm marşrutunun yaradılması məqsədilə yeni dəmir yolu xəttinin tikilməsi ilə bağlı sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, sərəncama əsasən, Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.2.6-cı yarımbəndində göstərilmiş məbləğin 3,0 (üç) milyon manatı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə ayrılıb.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı