Modern.az

Goranboyun Goran qəsəbəsinə qaz verildi

Goranboyun Goran qəsəbəsinə qaz verildi

Aktual

28 Dekabr 2019, 17:40

Bu gün Goranboy rayonunun Goran qəsəbəsinin qazlaşdırılması işləri başa çatdırılıb.

 

“Azəriqaz” İstehsalat Birliyindən Modern.az-a bildirilib ki, bununla da, cari ildə qaz çəkilişi nəzərdə tutulan sonuncu yaşayış məntəqəsinə qaz verilib.

Dövlət proqramı əsasında icra olunan işlərin yekunu olaraq qəsəbədə 109 fərdi yaşayış evi “mavi yanacaq”la təmin edilib. Ümumilikdə 8607 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı qaz xətləri çəkilib və evlərə 109 ədəd sayğac quraşdırılıb. Goran qəsəbəsinin qazlaşdırılması üçün yeni qaz paylayıcı məntəqə də istifadəyə verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı