Modern.az

Hüquq müdafiəçisi ağır əməliyyat keçirdi: donoru xanımı oldu

Hüquq müdafiəçisi ağır əməliyyat keçirdi: donoru xanımı oldu

Aktual

28 Dekabr 2019, 20:33

"Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin sədri, 42 yaşlı hüquqşünas Ramil İskəndərli iki dəfə əməliyyat olunub.

Modern.az  xəbər verir ki, bu barədə hüquqşünasın dostları məlumat yayıb.

 

Məlumata görə, Ramil İskəndərliyə ürək-damar şuntlanması edilib, daha sonra isə hüquqşünasa böyrək köçürülüb.

Böyrək transplantasiyası zamanı R.İskəndərlinin donoru isə həyat yoldaşı Nigar İskəndərova olub. Belə ki, N.İskəndərovanın böyrəyi R.İskəndərliyə köçürülüb.

Hər iki cərrahi əməliyyat Bakı şəhərindəki xəstəxanalardan birində baş tutub. Hazırda hər iki şəxsin vəziyyəti yaxşıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar