Modern.az

Bu ölkə 700-dən çox əcnəbiyə vətəndaşlıq verdi

Bu ölkə 700-dən çox əcnəbiyə vətəndaşlıq verdi

Aktual

28 Dekabr 2019, 21:13

Bu il Estoniya hökuməti 732 əcnəbiyə vətəndaşlıq verib.

Modern.az  xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, vətəndaşlıq alanlardan 459-u əvvəllər Estoniyada qeyri-rəsmi vətəndaş kimi yaşayıb, 221 nəfər isə Rusiya vətəndaşı olub. Bu il Estoniya vətəndaşlığını, həmçinin 23 ukraynalı, 5 türk, 5 gürcü, dörd belaruslu və 2 pakistanlı alıb.


Bundan əlavə, Estoniya vətəndaşlığına sahib olan şəxslər arasında Əfqanıstan, Ermənistan, Azərbaycan, İsrail, Hindistan, İtaliya, Litva, Latviya, Nigeriya, Şimali Makedoniya, Serbiya, Finlandiya və Tacikistan vətəndaşları da var.



Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...